RU
İlham Əliyev təltif etdi
19:43
365

İlham Əliyev təltif etdi

Prezident sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Kitabxananın 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilib:

Ağamirzəyeva Vəfa Əliağa qızı
Əhmədova Sevil Əliabas qızı
Qafarova Leyla Hacı Ağa qızı
Məmmədli Ruhiyyə Mikayıl qızı.

Dövlət başçısının digər sərəncamı ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Dadaşova Zahirə Cabir qızı, Qəmbərova Şəhla Əliheydər qızı, Musazadə Rəfiqə Mirzə qızı və Tahirova Nazilə Rəhman qızı "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ