RU
Milli Məclisdə nə müzakirə olunacaq?
11:23
495

Milli Məclisdə nə müzakirə olunacaq?

Azərbaycan Milli Məclisinin 2015-ci ildə son iclasının vaxtı və gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, dekabrın 29-da keçiriləcək iclasın gündəliyinə 28 məsələ daxildir.

İnzibati Xətalar Məcəlləsində, Əmək Məcəlləsində, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Fövqəladə Hallar orqanlarında xidmət keçmək haqqında”, “Polis haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” “Prokurorluq orqanlarında qulluq keçmək haqqında”, “Avtomobil yolları haqqında”, “Təhsil haqqında”, “KİV haqqında” və digər qanunlara dəyişikliklər ediləcək.

“Publik şəxslər haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ