RU
Putinə inanıb Türkiyəyə düşmən oldular
23:38
1261

Putinə inanıb Türkiyəyə düşmən oldular

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı “İŞİD iddiası”na görə məşhur “Anonim” haker qrupu Türkiyəyə qarşı düşmənçiliyə başlayıb.

Dekabrın 14-dən etibarən, Türkiyənin 4 minə yaxın saytına haker hücumu başlayıb. “Anonim” bu hücumların arxasında olduğunu bəyan edib.

“Anonim”in yaydığı videoda “Türkiyə İŞİD-dən benzin alır və üzvlərini xəstəxanada müalicə edərək onlara dəstək olur. İŞİD-ə kömək etməyi dayandırmasanız inernetinizə hücumlar davam edəcək. Hava limanı, banklar və dövlət qurumlarının da saytlarını çökdürəcəyik” deyilir. 

Xatırladaq ki, noyabrın 24-də Türkiyə Hərbi Hava Qvvələrinin qırıcısı Rusiya ordusuna məxsus Su-24 bombardmançı təyyarəsini vurub. Bundan sonra iki ölkə arasında münasibətlər pisləşib və pik həddə çatıb. 
Rusiya prezidenti V. Putin bundan sonra İŞİD-in İraq və Suriya ərazisindən çıxardığı nefti qeyri-qanuni yolla Türkiyəyə satdığını və buna dair sübutları olduğunu bildirib. // qafqazinfo

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ