RU
Ərdoğan:
21:30
641

Ərdoğan:

Bizim neft quyularımız, təbii ehtiyatlarımız, yeraltı sərvətimiz yoxdur. Amma Anadolu böyüklüyündə vicdanımız var.

7news.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Uludağ Universitetində çıxışı zamanı deyib.

“2002-ci ildə ehtiyacı olan ölkələrə 85 milyon dollar həcmində yardım etmişik. 2014-cü ildə isə bu yardımları 4.5 milyard dollara çatdıraraq, dünyanın ən comərd 3-cü ölkəsi olduq. Keçmişdə olduğu kimi bu gün də sizin enerjinizi istismar etmək istəyənlər tapılacaq. Terrorçu qruplara qətiyyən fürsət verməyin. Bizim istədiyimiz problemləri dava-dalaşla, vurub-yıxmaqla deyil, müzakirələrlə, sözün və qələmin gücü ilə həll etməlidir”, - Ərdoğan bildirib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ