“VAZ-2107” və “Azsamand” markalı avtomobillər toqquşub.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in saytına istinadən verilən məlumata görə, dekabrın 16-da saat 04 radələrində Nəsimi rayonunun Səməd Vurğun küçəsində Bakı şəhər sakinləri Ülvi Məmmədlinin idarə etdiyi “VAZ-2107” və Ayxan Nəsirovun idarə etdiyi “Azsamand” markalı avtomobillər toqquşub.
Hər 2 sürücü və Ü.Məmmədlinin sərnişini, habelə A.Nəsirovun sərnişini Bəylər İsmayılov xəstəxanaya yerləşdirilib. B.İsmayılov orada ölüb.
Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./avtosfer
7news.az








