RU
Lənkəranda hamilə qadın faciəvi şəkildə öldü
17:12
1795

Lənkəranda hamilə qadın faciəvi şəkildə öldü

Faktla bağlı araşdırma aparılır.

Lənkəran rayonunda 7 aylıq hamilə qadın dəm qazından boğularaq ölüb.

Hadisə rayonun Şağlaküçə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 23 yaşlı Talihə Yüləd qızı Tağıyeva hamamda çimərkən qazdan zəhərlənib.

T.Tağıyeva təcili və təxirəsalınmaz tibbi yardım maşını ilə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

T.Tağıyevanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ