Bakı şəhəri, Suraxanı rayonunda 1946-cı il təvəllüdlü Rzayeva Lalə Rza qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar edib.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı L.Rzayevanın vəfat etdiyi müəyyən olunub.
Əməliyyat saat 00:07-də başa çatıb./atv
7news.az








