Suriyanın Homs şəhərində törədilən terror aktı nəticəsində 22 nəfər ölüb, 70 nəfər yaralanıb.
Terrorçular xəstəxananın yaxınlığında minalanmış avtomobil partladıb. Terror aktı zamanı hadisə yerində olan qaz balonları da partlayıb.
Partlayışların nəticəsində bir neçə bina və mağaza qismən uçub, bir neçə avtomobil yanıb.
Baş vermiş partlayış Homsda son beş ildə törədilmiş ən iri terror aktı hesab edilir./apa
7news.az








