Milli Məclisin növbəti plenar iclası dekabrın 18-də olacaq.
İclasın gündəliyinə 41 məsələ daxildir. Bunlardan bir neçəsi hökumətlərarası və dövlətləararası sazişlərin təsdiq olunmasıdır. “Notariat haqqında”, “Dövlət Sərhədi haqqında”, “Təbii inhisarlar haqqında”, “Gömrük tarifi haqqında”və.s qanunlara, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər ediləcıək.
O cümlədən “Milli Məclisin komitələri haqqında” qanuna da dəyişiklik edilməsi nəzərdə tutulur. “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi isə ikinci oxunuşda “Kənd təsərrüfatı və kooperasiya haqqında” qanun layihəsi isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.
7News.Az








