Hərracların son nəticələri.
ICE London qitələrarası birjasında Brent markalı neftin yanvar fyuçeslərinin qiyməti 1,9% ucuzlaşaraq bir barelə görə 38,99 dollar təşkil edib. Bununla da 39 dollar nişanı 2008-ci ildən ilk dəfə yenilənib.
Bu barədə hərracların son nəticələrinə istinadən xəbər verir.
Qeyd edək ki, “qara qızıl” OPEK-in dekabrın 4-də neft istehsalatının kvotasını 1,5 milyon barel artıraraq gün ərzində 31,5 milyon barel səviyyəsində müəyyən etdikdən sonra ucuzlaşmağa başlayıb.
7news.az








