RU
Sabah bir neçə rayonda qaz olmayacaq
20:45
602

Sabah bir neçə rayonda qaz olmayacaq

“Azəriqaz” məlumat yaydı.

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin bəzi qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə “Azəriqaz” İB-dən  bildirilib.

Qurumdan həmçinin bildirilib ki, təmir müddətində Bərdə rayonunun Mehdixanlı və Seyidhüseynli, Hacıqbul rayonunun Muğan və Udulu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun, həmçinin Xəzər rayonunun Türkan qəsəbəsi və Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ