İstanbulun Bayrampaşa səmtində partlayış səsi eşidilib.
Bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Bayrampaşa metrosunda partlayış səsi eşidilib. Baş verən partlayışın səbəbi bilinmir. Bölgəyə çox sayda təcili tibbi yardım maşınları yönləndirilib. Vətəndaşlar bomba həyəcanı yaşayır.
artlayışın digər səmtlərdə də eşidildiyi bildirilir.
İstanbullular "Twitter"sosial şəbəkəsində partlayış səsi eşitmələri ilə bağlı mesajlar paylaşırlar.
7news.az











