RU
Neft sürətlə ucuzlaşır
23:02
717

Neft sürətlə ucuzlaşır

Qara qızılın qiymətinə ABŞ-ın neft ehtiyatları barədə məlumatları təsir edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,8% ucuzlaşaraq 43,64 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2%-ə yaxın azalaraq 41 dollar təşkil edib.

Məlumata əsasən, qara qızılın qiymətinin belə sürətlə ucuzlaşmasının səbəbi ABŞ-ın neft ehtiyatları barədə məlumatın nəşr edilməsidir.

ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatına görə, ötən həftədən etibarən ölkənin kommersiya neft ehtiyatları 1,1777 milyon barel artaraq 489,4 milyon barel təşkil edib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ