RU
Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlandı
11:02
475

Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlandı

10 ayda.

2015-ci ilin yanvar-oktyabr ayları ərzində nəqliyyatçılar 1 548,4 milyon sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

“Sərnişinlərin 88%-i avtomobil nəqliyyatı (1 362,5 milyon), 11,8%-i metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb”, - deyə komitənin məlumatında deyilib.

DSK-dan bildirilib ki, anaoloji dövrdə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 3,8% artaraq 183 milyon nəfərə çatıb./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ