ABŞ ordusuna aid helikopter Cənubi Koreyada qəzaya düşüb.
“AH-64” tipli “Apache” helikopteri paytaxt Seulun 130 km şərqində yerləşən Wonju şəhərində düşüb.
Qəza zamanı 2 nəfər dünyasını dəyişib.
Hadisədə cəsədlər tanınmaz hala düşüb, araşdırma aparılır. İlkin ehtimala görə, qəza helikopterin elektrik naqillərinə ilişməsi nəticəsində baş verib./qafqazinfo
7news.az








