RU
İki avtomobil toqquşdu
11:23
320

İki avtomobil toqquşdu

Gəncədə yol qəza hadisəsi baş verib.

Hadisə axşam saatlarında Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində baş verib.

Prospektlə hərəkət edən “VAZ 21099” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ 2106” markalı maşınla toqquşub. Hadisə zamanı 42 yaşlı İqlimə Rüstəmova yüngül bədən xəsarətləri alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ