RU
Vəkil məhkəmə zalında həbs edildi
12:28
672

Vəkil məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldəniz Kərimov və Nurlan Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Eldəniz Kərimov 7 il, Nurlan Rəhimli 9 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində başqa yerə getməmək haqda qərar dəyişdirilərək həbs qətimkan tədbiri seçilib. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib.

Həbs edilən Eldəniz Kərimov hüquqşünas olub. O, Nurlan Rəhimovla birlikdə Bakıda yaşayan qoca rus qadının evini dələduzluq yolu ilə ələ keçirib. /qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ