Türkiyənin məşhur yarışması “O səs Türkiyə”yə daha bir azərbaycanlı qatılıb.
Cənubi azərbaycanlı olduğunu bildirən Sara Koral yarışmaya Əskişəhərdən qatıldığını bildirib.
O, Edith Piafin “La vie en rose” mahnsını ifa edib.
Sara ifasıyla Ebru Gündeş, Hadisə və Hakan-Gökhanı özünə tərəf döndərə bilib.
Həmyerlimiz isə sonda Ebru Gündeşi seçib.
Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcılığı ilə yayımlanan yarışmanın münsiflər kürsüsündə müğənnilər E.Gündeş, Hadisə, Gökhan-Hakan Özoğuz və Murad Boz əyləşir./qafqazinfo
7news.az








