RU
Məzahir Pənahov
09:46
497

Məzahir Pənahov

“Qaynar xəttimizə təxminən 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub”.

Milli Məclisə keçirilən seçkilərin 5547 məntəqənin hər birində vaxtında – saat 8.00 başlandığını, 19.00-da isə başa çatdığını bildirib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri sədri Məzahir Pənahov deyib:

“Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faizdir.Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faizə qədər çoxdur. Deyə bilərik ki, bütün məntəqələrdə səsvermə baş tutdu”, - MSK sədri bildirib.

M. Pənahov qeyd edib ki, istənilən şəxs veb-kameralar vasitəsi ilə arası kəsilmədən görüntülər əldə etmək imkanı qazanıb:

“Nəticədə MSK-ya heç bir şikayət daxil olmayıb.

Qaynar xəttimizə təxminən 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub. Sonrada daxil olacaq müraciətlərə isə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq baxılacaq”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ