Ölənlərdən biri 3 yaşlı körpədir.
Bakı-Qazax magistralında dəhşətli yol qəzası baş verib.
Yolun 281-ci kilometrliyində - Ağdaş rayonu ərazisində 90 DO 361 nömrə nişanlı “Mercedes” ilə 90 DA 851 nömrə nişanlı “VAZ 2106” toqquşub.
Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü və 3 yaşlı körpə oğlan hadisə yerindəcə keçinib. Daha 2 nəfər: 65 yaşlı qadın və 13 yaşlı oğlan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./oxu
7news.az








