RU
Bakıda avtobus qəza törətdi
15:36
582

Bakıda avtobus qəza törətdi

Faktla bağlı cinayət işi başlanıb.

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nobel prospekti, 79 ünvanında baş verib. Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Nadir Zeynalov idarə etdiyi “Daevvo” markalı 46 saylı xətt avtobusu ilə 1970-ci il təvəllüdlü Vladik Vladimiroviç Evdakini vurub. O, xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb./avtosfer

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ