Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimi keçirilib.
7news.az-ın məlumatına görə, filmin təqdimat mərasimində layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Təqdimatdan əvvəl Leyla Əliyeva layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanov ilə görüşüb, yaradıcı heyəti premyera münasibətilə təbrik edib.
Tamaşaçıların maraqla gözlədiyi təqdimat mərasimində əvvəlcə çəkiliş prosesini əks etdirən kadrlar nümayiş olunub.
7news.az
nub.











