Bakıda mənzildə cəsəd aşkarlanıb.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Xətai rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər mənzilin giriş qapısını açıb və 1963-cü il təvəllüdlü Rzayev Mübariz Bəhram oğlunun cəsədini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.
7news.az








