RU
Bu gün qar yağacaq
10:18
943

Bu gün qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru isə 12 dərəcəyədək isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütuna yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 16-da arabir yağış yağacağı, bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 16-17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbərdarlıq

Oktyabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ