RU
İlhamə Quliyeva:
09:56
1407

İlhamə Quliyeva:

“Özlərini botoks etdirirlər, ağızları çənələrinə sallanır”.

Azərbaycanın xalq artisti İlhamə Quliyeva ANS-in efirində yayımlanan “Yoldaş Rövşanə ilə” verilişinin qonağı olub.

O, botoks etdirən və yaşını gizlədən sənət nümayəndələrini qınayıb:

“Mən hər yaşda gözələm. Yaşdan danışanların valideyinəri də yaşlıdır. Onda qoy aparıb onları diri-diri basdırsınlar. Guya ki, bunların qırxı çıxmayıb, bəliyəsən qucağına alasan. Özlərini botoks etdirirlər ağızları çənələrinə sallanır. Mənim yaşım 65-dir. Mən hər doğum günümdə heç fikir etmirəm ki, yaşım çoxaldı”.

Quliyeva Rusiyanın bir ali ocağında hüquq fakültəsində 3-cü kurs tələbəsi olduğunu, qiyabi təhsil aldığını və 2 ildən sonra da diploma sahiblənəcəyini söyləyib. Bunu isə ancaq öz hüqularını bilmək üçün etdiyini bildirib.

Hələ 30 il bundan sonra yaşayacağını qeyd edən xalq artisti vəsiyyət etməyi də unutmadı:

“Oğluma demişəm ki, məni gözəl bir qoz ağacından düzəldilmiş tabuta qoysunlar. Onu gözəl bəzəsinlər. İstəyirəm ki, mən bu həyatdan şərəflə gedim. Ölüm gözlə-qaş arasındadır. Arzulayıram ki, öləndən sonra hamı mənə rəhmət oxusun. Rahat ölüm istəyirəm. Gecə yatım səhər gəlsinlər ki, yoxam. Xəstə olub, kiməsə əziyyət vermək istəmirəm”./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ