RU
Narkotiklə saxlanılan şəxs
13:13
1756

Narkotiklə saxlanılan şəxs

“Sobada qurutdum”.

Qaradağ rayon 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Daşkəsən rayon sakini Bəylər Tağıyev şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.

İdarədə onun üzərinə baxış keçirilən zaman selofon torbaya bükülmüş ümumi çəkisi 2 kilo 585 qram narkotik maddə olan marixuana aşkar olunub.

Saxlanılan 57 yaşlı Bəylər Tağıyevin sözlərinə görə, tapdığı narkotik maddəni Bakıya gətirərək Sahil qəsəbəsində tanımadığı şəxslərə satmaq istəyib.

Bəylər Tağıyev - saxlanılan şəxs:

“Tovuzda, yolun qırağından yetişməmiş nəşə tapdım. Onu yığıb, evdə sobada qurutdum, satmaq üçün Bakıya gətirdim. Uşaqlarımı dolandırma üçün 3000 manata vermək istəyirdim. Ailə vəziyyətim çox ağırdır, ona görə etdim” .

Qeyd edək ki, bu Daşkəsən sakininin ilk məhkumluğu olacaq. Hazırda polis idarəsində onun digər cinayət əməllərində iştirakının olub olmadığı araşdırılır./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ