RU
Bakı-Sumqayıt yolunda ağır qəza
19:48
780

Bakı-Sumqayıt yolunda ağır qəza

Bakı-Sumqayıt magistral avtomobil yolunun Abşeron rayonu ərazisində “Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ