Kürdəmirdə intihara cəhdin qarşısı alınıb.
7news.az FHN-ə istinadən məlumat verir ki, Kürdəmir şəhərində 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
7news.az








