Bakıda intihara hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib./azvision
7news.az








