Cinayət işi açıldı.
Tovuzda qətl hadisəsi baş verib.
7news.az APA-ya isitnadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Qafur Qarayev mübahisə zəminində atası, 1966-cı il təvəllüdlü İlham Qarayevin başını bir neçə dəfə divara çırparaq qətlə yetirib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
7news.az








