RU
Bakıda intihara cəhdin qarşısı alınıb
23:28
516

Bakıda intihara cəhdin qarşısı alınıb

FHN məlumat yayıb.

Bakıda intihara cəhdin qarşısı alınıb.
7news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda bir nəfər 10 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
 
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:51-də başa çatıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ