RU
İlham Əliyev həmkarını təbrik etdi
19:27
664

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Makedoniya prezidenti Giorge İvanova təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli cənab prezident. Makedoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Makedoniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm”.

7news.az

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ