RU
Sabah da qaz olmayacaq
19:45
754

Sabah da qaz olmayacaq

Sabah Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Sentyabrın 2-də saat 10:00-dan 17:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Keşlə”, həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Altıağac” və "Xızı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xətai rayonunun Keşlə və NZS qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Xızı rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ