Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən 7news.Az-a verilən xəbərə görə, zəlzələ bu gün saat 20.57-də Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.
Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində 4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
7news.Az








