Dağıstanın Tabasaran rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.
7news.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşrinə respublikanın operativ qərargahından məlumat verilib.
"Tabasaran rayonunun inzibati sərhədləri hüdudlarında antiterror əməliyyatı rejiminin tətbiq edilməsinə dair qərar yerli vaxtla 04.30-da (Bakı vaxtı ilə 05.30-da) Dağıstandakı əməliyyat qərargahının rəhbəri tərəfindən verilib”, - nəşrin sözçüsü bildirib.
Məlumata görə, əməliyyat çərçivəsində silahlıların və onlarla əlaqəli şəxslərin axtarışı aparılır.
Qeyd edək ki, Tabasaran rayonunun əhalisi 50 min nəfərdir.
7news.Az








