Milli komandamızın DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
7News.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Robert Prosineçki 23 oyunçuya dəvət göndərib.
Qapıçılar: Kamran Ağayev («Boavişta», Portuqaliya), Anar Nəzirov («Zirə»), Səlahət Ağayev («İnter»);
Müdafiəçilər: Tərlan Quliyev, Ruslan Abışov (hər ikisi- «İnter»), Maksim Medveduev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Qara Qarayev (hamısı - «Qarabağ), Pavel Paşayev («Stal», Ukrayna), Maqomed Mirzabekov («Qəbələ»);
Yarımmüdafiəçilər: Raxid Əmirquliyev («Qarabağ»), Dmitri Nazarov («Ertsqedirge Aue», Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi - «Neftçi), Eddi İsrafilov («Kadis», İspaniya), Emin Maxmudov («Boavişta», Portuqaliya);
Hücumçular: Ağabala Ramazanov, Rauf Əliyev (hər ikisi- «İnter»), Ruslan Qurbanov («Qəbələ»), Namik Aləgərov («Qarabağ»), Ramil Şeydayev («Trabzonspor», Türkiyə).








