Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində itki verib.
7News.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 11-də saat 12:10 radələrində Qarabağın şərq istiqamətində yerləşən düşmən hərbi hissələrindən birinin əsgəri 1989-ci il təvəllüdlü Sanasar Mavrik Qriqoryan meyiti aşkar edilib. Onun ağır güllə yarasından öldüyü bildirilir.
Erməni tərəfinin iddiasına görə, əsgər Azərbaycan snayperi tərəfindən vurulub.
Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.








