RU
DTX və XKX-yə dövlət qulluğu statusu verilir
14:44
749

DTX və XKX-yə dövlət qulluğu statusu verilir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat İdarəsinin əməkdaşlarına dövlət qulluqçusu statusu verilir.

7News.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat İdarəsində qulluq dövlət qulluğunun xüsusi növü hesab ediləcək.

Dəyişikliklər səsə qoyularaq qəbul olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ