RU
Xarici valyuta məzənnələri - RƏSMİ
08:31
407

Xarici valyuta məzənnələri - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən 7News.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 20-si ilə müqayisədə 0,38% bahalaşaraq 1,6091 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,17% zəifləyərək 1,7543 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 20-si ilə  müqayisədə dəyişməyərək 0,0258 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,3% möhkəmlənərək 0,5248 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9697 manatdır. Beləliklə, funt sterlinq 0,1%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,16% bahalaşaraq 0,6818 manat təşkil edib.


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ