RU
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
09:00
366

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya bazarlarında neftin qiymətlərində müşahidə edilən ucuzlaşma "AzeriLight”a da təsir edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,37 dollar və yaxud 0,70% azalıb.

7News.Az xəbər verir ki, "AzeriLight” markalı neftin bir barelinin qiyməti 52,22 dollara bərabər olub.

Xatırladaq ki, "AzeriLight” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ