RU
Xarici valyuta məzənnələri - RƏSMİ
09:31
624

Xarici valyuta məzənnələri - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın noyabrın 2-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən 7News.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 1-i ilə müqayisədə 0,67% bahalaşaraq 1,6490 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutasının qiyməti 1,7959 manatdan 1,8254 manata qalxıb.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 1-i ilə müqayisədə 0,0259 manatdan 0,0261 manatadək bahalaşıb. Türkiyə lirəsinin məzənnəsi isə dəyişməyərək 0,5288 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0034 manatdan 2,0186  manadək bahalaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6840 manatdan 0,6865 manatadək artıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ