RU
Bakıda “Bayraq yürüşü” keçiriləcək
15:21
381

Bakıda “Bayraq yürüşü” keçiriləcək

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü” keçiriləcək.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.

 

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ