Türkiyə Silahlı Qüvvələrinin Tünceli əyalətində PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı xeyli sayda terrorçu zərərsizləşdirilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlardan sonra ərazidə 5-i qadın olmaqla 14 terrorçunun cəsədi tapılıb.
Ərazidən xeyli sayda silah və sursat götürülüb.
Hazırda əməliyyatlar davam etdirilir.








