RU
Uşaq bağçasında yanğın
18:58
505

Uşaq bağçasında yanğın

Beyləqanda uşaq bağçasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Beyləqan şəhərində icra hakimiyyətinə məxsus ümumi sahəsi 1600 kv.m olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində Füzuli rayon məcburi köçkününün məskunlaşdığı sahəsi 30 kv.m olan 2 otağın yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Bağça binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ