Bakıya yaşayış binasında yanğın olub.
7News.az FHN-ə istinadən bildirir ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli qismən yanıb.
Yüksək temperaturdan mətbəxin və dəhlizin lambrindən ibarət tavanı 12 m2 sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.








