RU
Sabah bu rayonlarda qaz olmayacaq
18:34
420

Sabah bu rayonlarda qaz olmayacaq

Noyabrın 25-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin "Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


Bu barədə SOCAR-dan məlumat verilib.

Təmir müddətində Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ