Yeni Zellandiyanın baş naziri Con Key istefa verib.
7News.Az "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, baş nazir bunu keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında bəyan edib.
Key qərarının şəxsi xarakterli səbəblərlə bağlı olduğunu izah edib.
Onu Yeni Zellandiya parlamentinin deputatı Bill İnqliş əvəzləyəcək.








