RU
Nazir vətəndaşlarla görüşdü - Fotolar
13:51
873

Nazir vətəndaşlarla görüşdü - Fotolar

Azərbaycanın prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir.

7News.Az xəbər verir ki, ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bölgələrdə 40-dan çox belə görüş keçirib.

Dekabrın 16-da nazir Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, İmişli, Saatlı və Füzuli rayonlarından vətəndaşları qəbul edib.

Görüşdən öncə Əbülfəs Qarayev rayon İcra Hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazir sonra Heydər Əliyev Mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşların yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

 

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

 

Nazir vətəndaşlarla görüşdü - Fotolar
Nazir vətəndaşlarla görüşdü - Fotolar
Nazir vətəndaşlarla görüşdü - Fotolar
Nazir vətəndaşlarla görüşdü - Fotolar
Nazir vətəndaşlarla görüşdü - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ