Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən 7News.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 16-i ilə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8277 manatdan 1,8335 manatadək artıb.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,0284 manatdan 0,0282 manatadək ucuzlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4983 manatdan 0,4997 manatadək artıb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1765 manatdan 2,1866 manatadək artıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6539 manatdan 0,6497 manatadək ucuzlaşıb.








