RU
Sabah bu ərazilərdə təbii qaz olmayacaq – XƏBƏRDARLIQ
20:45
612

Sabah bu ərazilərdə təbii qaz olmayacaq – XƏBƏRDARLIQ

Dekabrın 21-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Türkan-2”, saat 10:00-dan 15:00-dək Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Padar” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə 7news.Az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Təmir müddətində saat 10:00-dan 15:00-dək Ağsu rayonunun Padar, Kəlağaylı, Nəmilli və Binəcik kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin saat 10:00-dan 18:00-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonun Türkan qəsəbəsinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ